FULL HOUSE

#SəninEvin Epson ilə

Evdə istirahət edin
Evdə təhsil alın
Evdə işləyin

...Epson ilə birlikdə

Epson köməkçiləri ilə eviniz yalnız tam mənada iş və təhsil sahəsi deyil, həmçinin bütün ailə üçün əsl əyləncə mərkəzi olacaqdır.

EPSON “ÇAP FABRIKI”

Ev üçün printerlər iş problemlərinizi həll etməyə kömək edəcək və uşaqlarınızın darıxmasına imkan verməyəcək: yalnız sənədləri deyil, həmçinin ailə albomu üçün fotoşəkilləri, yaradıcılıq üçün şablonları, reseptləri, iş tapşırıqlarını və daha çoxunu çap edin.

Ev üçün “Epson Çap fabriki” seriyasının bütün modelləri A4 formatda 7500 rəngli və 4500 q/a sənədə qədər çap etmək üçün hesablanmış mürəkkəb dəsti ilə təchiz olunur1. Ayda orta hesabla 300 səhifə çap edildikdə, printerin növbəti doldurulması yalnız 3 ildən sonra tələb olunacaq!2

EPSON PROYEKTOLARI

İş və istirahət saatlarının balansı barədə unutmayın. Epson projektorları ilə evdə rahat və komfortlu istirahət zonası yaradın!

Yaxınlarınızla vaxtınızı filmləri, onlayn yayımları izləmək və ya kompüter oyunları oynamaqla keçirin — və bütün bunlar göz üçün maksimum rahatlığı ilə.

Öz modelinizi qaranlıqlaşdırmaya və xüsusi ekrana ehtiyac olmadan parlaq ev proyektorları arasından tapın.

EPSON SKANERLƏRI

Uzun tətillər — ailə fotoşəkilləri arxivini açmaq, uşaqların rəsmlərini və məktublarını rəqəmsallaşdırmaq üçün əla bəhanədir. Xoş xatirələrinizi yaxənlarınız və dostlarınız ilə paylaşın!

Geniş Epson xəttində istənilən tapşırıq üçün skaner tapılar, sadə menyu və rahat daxilə quraşdırılmış proqram təminatı bütün ailə üzvlərinə skanerlərlə işləməyi tez və asanlıqla mənimsəməyə imkan verəcəkdir.

HARADAN ALMAQ

Epson texnikasına sahib olan səlahiyyətli tərəfdaşların siyahısını sizin üçün hazırladıq.

İnternet-mağazaların siyahısı artırılacaq və yenilənəcək, belə ki, siz həmişə sizi maraqlandıran qurğunun məhz o modelini tapmaq imkanınız olacaq.

VAXTINIZI SƏMƏRƏLİ KEÇİRİN

Evdə qalaraq, hadisələrin mərkəzində qalın! Virtual muzeyləri, qalereyaları və sərgiləri ziyarət edin, onlayn mühazirələri seçin və dinləyin, faydalı materiallar seçimlərimizdən teatr quruluşlarına və dünya kinosunun klassikasına tamaşa edin.


Kino

IVI
Yeni istifadəçilər üçün 16 Mart – 15 Aprel tarixləri arasında abunə endirimi var — indi onun qiyməti sadəcə bir rubldur. Həmçinin ödənişsiz filmlərin repertuarı da xeyli artırılmışdır.
Netflix
30 gün ödənişsiz filmlər və seriallar.
Sənədli filmlər Nonfiction
Sənədli kino mərkəzinin repertuarı artıq nonfiction.film onlayn platformasında mövcuddur. Kinoteatr eyni zamanda yeni istifadəçilərə 10 günlük ödənişsiz abunə təqdim edir.
Premier
TNT telekanalının bütün layihələri Premier onlayn kinoteatrında tamamilə ödənişsizdir. Ödənişsiz çıxış imkanı əldə etmək üçün qeydiyyatdan keçməlisiniz və Premier tətbiqetməsini ən son versiyaya qədər yeniləməlisiniz.
KinoAxtarış HD
POKAVSEDOMA promokodu üzrə aprel ayının sonuna qədər kinoteatrın kitabxanasında yeddi mindən çox film mövcuddur.
Okko TV
14 günlük ödənişsiz abunə (“Optimum” tarifi üzrə). Çıxış imkanı əldə etmək üçün, abunə üçün xüsusi promokodu alacağınız @okkobro_bottelegram botuna abunə olmalısınız.

Teatrlar

Şostakoviç adına filarmoniya
Veb saytda ödənişsiz qeydlər və yayımlar.
Aleksandrinski teatrı
Veb saytda və sosial şəbəkələrdə rəsmi qruplarda tamaşaların, mühazirələrin, ustad dərslərinin yayımı.
Bavariya operası
Tamaşaların qeydlərinə çıxış imkanı yerləşdirmədən iki həftə sonra verilir (opera 19 aprelə qədər bağlıdır).
Berlin filarmoniyası
Bütün arxiv konsertlərinə BERLINPHIL promokodu ilə ödənişsiz çıxış imkanı (qeydiyyat tələb olunur).
Mariinski Teatrı
Onlayn yayımlar və videolar rəsmi veb saytında və ya YouTube kanalında mövcuddur.
Metropoliten-opera
Onlayn yayımlar veb saytında (saat 12:30 radələrində başlayırlar).
Vyana operası
Platformada qeydiyyatdan keçməlisiniz, Moskva vaxtı ilə saat 15 və ya 17-də başlayır, sonra daha bir sutka mövcuddur.
Taganka Teatrı
“Qar Qız” tamaşasının premyera nümayişləri daxil olmaqla, tamaşaların onlayn yayımları. Yayıma ödənişsiz qoşulmaq mümkün olacaqdır, teatra və aktyorlara könüllü təşəkkür etmək üçün isə — 100 rubldan başlayan qiymətə bilet almaq.
Berlin operası
Hər gün — rəsmi YouTube kanalındakı arxivlərdən yeni videolar.

Muzeylər və sərgilər

Tretyakov qalereyası, Moskva
Moskvanın əsas qalereyasının virtual sərgiləri.
Google Arts & Culture
Dünyanın əllidən çox muzeyinə onlayn turlar.
Ermitaj, Sankt-Peterburq
Aksinya Qoqun film ekskursiyası, telefon kamerası ilə bir kadrla çəkilmişdir.
Moskva Müasir İncəsənət Muzeyi
MMOMA Mühazirə Mərkəzi kurslarına, sərgilərə onlayn ekskursiyalara, “İncəsənətlərin Dialoqu” jurnalına çıxış imkanı (2018 və 2019-cu illər üçün).

Kitablar

Radio Arzamas
Audio mühazirələrə КАРАНТИН promokodu ilə çıxış imkanı. Promokod “Radio Arzamas” tətbiqetməsinin özündə deyil, telefondan brauzerə daxil edilməlidir.
Storytel.com-da audio kitablar
30 gün ərzində audio kitab dinləmək üçün ödənişsiz abunə.
“Qaraj” müzeyinin nəşriyyatının audio kitabları
Bookmate tətbiqetməsinin köməti ilə, Bookmate-də “Qaraj” müzeyinin nəşriyyatının kitabxanasına ödənişsiz çıxış imkanı əldə etmək olar.
“Alpina” xidməti “Kitablar”
Veb saytında və “Alpina” nəşriyyat qrupunun tətbiqetməsində onlayn kitabxananın 70 kitabına ödənişsiz çıxış imkanı.

Uşaqlar üçün

Radio Arzamas uşaq otağı
Uşaq proqramlarını dinləmək: mifologiya, dünya xalqlarının nağılları, qədim şəhərlərin əfsanələri və daha çox.
“Foksford” onlayn məktəbi
Baza məktəb tədris proqramı üzrə bütün kurslara ödənişsiz çıxış imkanı.
“Həll et-Yaz” platforması
Məktəbəqədər və ibtidai məktəb uşaqları üçün faydalı və əyləncəli tapşırıqları ehtiva edən bir platformadır. Sadəcə tapşırığı yaşa görə seçib çap edin və uşağa verin!
Cib alimi
“Çəhrayı zürafə” nəşriyyatının və İlya Kolmanovskinin birgə layihəsi. Podkast arxivdəndir, lakin öz aktuallığını itirməyib.
Kinderuni uşaq onlayn universiteti
Rus və alman dillərində mühazirələr və oyun formalı kurslar.

Təhsil

Bang Bang Education Məktəbi
Dizaynerlər və illüstratorlar üçün 46 onlayn kursa ödənişsiz çıxış imkanı.
GeekBrains
Proqramlaşdırma, dizayn, idarəetmə və marketinq üzrə ödənişsiz kurslar.
“Sinxronizasiya” mədəniyyət platforması
Rəssamlıq, kino, tarix, fəlsəfə, memarlıq, moda və dizaynı öyrənin.
Coursera onlayn kursları
Yale, Stanford və dünyanın digər ən yaxşı universitetlərindən, eləcə də Google kimi böyük şirkətlərdən kurs almaq üçün 31 iyul tarixinə qədər ödənişsiz abunə.
Netologiya
STAYHOME promokodu ilə — Marketinq və menecment üzrə 80 ödənişsiz mini kurs.
“Açıq təhsil” onlayn platforması
Rusiyanın aparıcı universitetlərindən 300-dən çox ödənişsiz kurs.

Biznes

Microsoft Teams
Microsoft korporasiyası 10 Mart tarixində Teams platformasının ödənişsiz versiyasına qoyulmuş məhdudiyyətləri müvəqqəti olaraq ləğv etdi. İndi onun istifadəçiləri 1 TB həcmində yaddaş yeri əldə edir və video konfransları yaza bilərlər. Təklif 6 aya qədər müddətdə etibarlıdır.
“Bitriks24”
Ödənişsiz tarif üçün (Canlı lent, Söhbət, Disk, Təqvim, Qruplar, Biznes prosesləri) istifadəçi sayına olan məhdudiyyət artıq etibarlı deyil.
“Meqafon”
Video zənglərin qeydlərini saxlamaq funksiyası ilə onlayn konfranslar və veb seminarlar üçün xidmətlərə ödənişsiz çıxış imkanı.
Mail.ru
Myteam biznes mesajlaşmasının ödənişsiz istifadəsi və Teambox bulud alətinin daha çox ödənişsiz xidmətləri (işçi faylları və şirkət arxivlərini bulud əməkdaşlıq serverlərində paylaşın).
Doczilla
Bütün yeni istifadəçilər üçün sənədlər “konstruktoruna” DOCZILLA2020promokodu ilə ödənişsiz çıxış imkanı (15 aprelədək). Konstruktorda müxtəlif sənədlər mövcuddur: alqı-satqı, icarə, xidmətlərin göstərilməsi və s.
Google Hangouts
Hangouts video konfrans xidmətinin premium funksiyalarına ödənişsiz çıxış imkanı (250 iştirakçı üçün video konfrans, maksimum 100 min izləyiciyədək auditoriyası olan yayımlar).
  1. Resurs haqqında məlumatlar ISO/IEC 19752 standartı test çap nümunələrinə əsasən Epson şirkətinin metodologiyası üzrə edilən ölçülərə (qurğunun ilkin işəsalınması üçün lazım olan mürəkkəb istisna olmaqla) əsaslanır.
  2. Ayda 180 rəngli və 110 q/a sənəd çap edərkən resurs barədə məlumatlara əsaslanan təxmini hesablama.